Xəzər Xəbər

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Hadisə | 14:27 • 26 İyul 2018
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 22-nə keçən gecə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu, Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti