Xəzər Xəbər

Əməkdar artistə 32 min manat “pul atan” qadın MƏHKƏMƏ QARŞISINDA

Hadisə | 10:58 • 18 İyul 2018
Əməkdar artistə 32 min manat “pul atan” qadın

Tanınmış müğənniyə qarşı dələduzluq etrməkdə təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 20-nə təyin edilib.

Qeyd edək ki, M.Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədib. O, ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkənlər arasında Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi ilə bağlı vəd verib. O, bu işə görə K. Kərimovadan ümumilikdə 32 min manat pul alıb.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Xəbər lenti

Çox oxunanlar