Xəzər Xəbər

Bakıda metro tikintisi yolu çökdürdü FOTOLAR

Hadisə | 11:53 • 15 İyul 2018
Bakıda metro tikintisi yolu çökdürdü

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə baş verib.

XəzərXəbər-in məlumatına görə, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilkin ehtimalı gözdən keçirib.

O, çökmənin yaxınlıqda aparılan metro tikintisi səbəbindən baş verdiyini bildirib.

"Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

A.Nəcəfli qeyd edib ki, çökmənin dəqiq səbəbləri barədə məlumat araşdırmadan sonra veriləcək.

Xəbər lenti