Xəzər Xəbər

Bakının mərkəzində avtomobil yolu çökdü

Hadisə | 10:30 • 15 İyul 2018
Bakının mərkəzində avtomobil yolu çökdü

Paytaxtın Nəsimi rayonunda yol təxminən 8 metr dərinliyində çöküb.

Hadisə Cəlil Məmmədquluzadə küçəsində, yeni tikilən metrostansiyasının yaxınlığında baş verib.

Belə ki, hadisə bu saatlarda baş verib. Yol çökməmişdən əvvəl həmin yoldan iki avtomobil keçib və bu vaxt çökmə hadisəsi baş verib. Hər iki avtomobilə ciddi zərər dəyib.

Hadisə şahidləri yolda hər hansı bir qəzanın baş verməməsi üçün avtomobillərin giriş-çıxışına qadağa qoyan nişanları yola düzüb. Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib. Hazırda polis əraziyə baxış keçirir, əraziyə müvafiq qurumlar dəvət olunub.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, bu gün günorta saatlarında sözügedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb

Xəbər lenti