Xəzər Xəbər

Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb

Hadisə | 09:52 • 9 İyul 2018
Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.


FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, rayonun Masazır kəndində ikimərtəbəli 6 otaqlı evə bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış mətbəx mebeli 5 m² sahədə və evin pəncərə çərçivəsi 2 m² sahədə yanıb.


Məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı hamamın plastik qapısı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti