Xəzər Xəbər

Bir gündə yol qəzalarında 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Hadisə | 12:43 • 3 İyul 2018
Bir gündə yol qəzalarında 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb

İyulun 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 7-i "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.


Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar