Nəsimi RPİ-nin 22-ci
Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini E.Həsənov iyunun
27-də saat 22 radələrində D.Əliyeva küçəsində 2 nəfərin onu bıçaqla
hədələyib içərisində 140 manatı, 100 ABŞ dolları və tələbə bileti olan
pulqabısını aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə veriən xəbərə görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə
quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən
edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların
Bakı şəhər sakini Hüseyn Musayev və Əziz Musayev olduqları məlum olub və digər analoji cinayət əməllərinin də üstü açılıb.
Onların iyunun 21-də axşam saatlarında Səbail rayonu ərazisində Bakı şəhər sakini M.Nəsirovun 48 manatını quldurluq yolu ilə almaları da müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır.