Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın söndürülüb

Hadisə | 12:12 • 23 İyun 2018
Bakıda yaşayış binasında yanğın söndürülüb

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Ətraflı məlumat veriləcək.

***

11.43

Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, "Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, "Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Xəbər lenti