Xəzər Xəbər

Bakıda dəhşət: Bıçaqlayıb yol kənarına atdılar

Hadisə | 13:30 • 15 İyun 2018
Bakıda dəhşət:

Bakının Suraxanı rayonunda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb.


1977-ci il təvəllüdlü Əliyev Teymur Əli oğlu Günəşli qəsəbəsində magistral yolun kənarında yaralı vəziyyətdə tapılıb.


O, "təcili yardım" vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Məlum olub ki, T.Əliyevə iki bıçaq zərbəsi vurulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.

Xəbər lenti