Respublikanın daxili
işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin
qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik
tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini qətiyyətlə
davam etdirirlər.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, iyunun 12-də bu istiqamətdə həyata keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqramdan artıq
müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək
götürülüb.
Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları
tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Bu istiqamətdə
tədbirlər davam etdirilir.