Xəzər Xəbər

Kürdə batan 11 yaşlı Davudun meyiti tapıldı

Hadisə | 10:09 • 10 İyun 2018
Kürdə batan 11 yaşlı Davudun meyiti tapıldı
Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkarlanan meyit dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, meyitə ilkin baxış zamanı onun 06.06.2018-ci il tarixində həmin ərazidə batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğluna aid olduğu müəyyən edilib.


***

Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti