Xəzər Xəbər

Azərbaycanda ağır qəza: 15 nəfər yaralandı

Hadisə | 12:11 • 8 İyun 2018
Azərbaycanda ağır qəza:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 15 nəfər xəsarət alıb.

Bu gün saat 9:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində "Ford” markalı mikroavtobusun aşması nəticəsində Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayev, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./apa

Xəbər lenti