Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.