Xəzər Xəbər

DİQQƏT! Azərbaycanda saxta avro "fırladanlar" var

Hadisə | 11:29 • 7 İyun 2018
DİQQƏT!
İyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.


DİN-dən XəzərXəbər-ə  verilən xəbərə görə, həmin əskinaslar ekspertizaya təqdim olunub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.


​Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib. ​Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Xəbər lenti