Xəzər Xəbər

FHN Bakıda binada baş verən yanğınla bağlı məlumat yaydı

Hadisə | 17:05 • 31 May 2018
FHN Bakıda binada baş verən yanğınla bağlı məlumat yaydı

Bakının Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı bina sakinləri təxliyə edilib.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyətləri normaldır. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​


Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar