Xəzər Xəbər

Qaçırdığı maşınla qəza törətdi

Hadisə | 11:47 • 23 May 2018
Qaçırdığı maşınla qəza törətdi
Mayın 22-da saat 15 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus "VAZ-2105” markalı avtomobil qaçırılmış və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi "Kia” markalı avtomobillə toqquşub.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, nəticədə xəsarət alan olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti