Polis əməkdaşlarının
narkotiklərlə mübarizə istiqamətində keçirdikləri tədbirlər nəticəsində
külli miqdarda narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə
yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis
Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində
saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430
qram marixuana aşkar edilib.
Sabirabad
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Nərimankənd
kənd sakini Qədir Babayevdən narkotik vasitə olan marixuana götürülüb.
Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər
və görülmüş tədbirlərlə narkovasitəni ona satmaqda şübhəli bilinən
həmkəndlisi S.Əhmədov da saxlanılıb və odan da marixuana götürülüb.
Davam
etdirilən tədbirlərlə S.Əhmədovun narkotik tərkibli bitkilərin
kultivasiyası ilə məşğul olduğu da məlum olub. Əməliyyat-axtarış
tədbirləri ilə onun Həşimxanlı kəndi ərazisində aqrotexniki qaydada
becərdiyi 41 ədəd çətənə kolu və çəkisi 485 qram olan marixuana da aşkar
edilərək götürülüb.
Xaçmaz
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsindəAğtala kənd sakini Əlövsət Cəbiyevə məxsus
həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 ədəd çətənə
kolu aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya
təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.