Xəzər Xəbər

Yenə traktor qəzası, yenə fəhlələr

Hadisə | 13:24 • 22 May 2018
Yenə traktor qəzası, yenə fəhlələr

Samux rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun İnstitut qəsəbəsində baş verib.

XəzərXəbər-in "Report"a istinadən məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Fəxrəddin Əhmədov idarə etdiyi traktorla fəhlələri əkin sahəsinə apararkən idarəetməni itirib və traktoru aşırıb. Nəticədə sürücü və traktorun qoşusunda olan fəhlələr xəsarət alıb. Sürücünün vəziyyəti ağır olduğundan o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Çox oxunanlar