Nəsimi Rayon Polis
İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural
Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh
Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən
və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və "Metamfetamin”
aşkar edilib.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, araşdırmalarla onların narkotiki əldə etdikləri
mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli
bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da
saxlanılıb.
Ondan 44 qramdan artıq heroin, "Metamfetamin” və 70
ədəd "Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində
keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram
heroin, "Metafetamin” və "AMB-Fubinaca” adlı narkotik vasitə aşkar
edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən götürülmüş
maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslər istintaqa
təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.