Xəzər Xəbər

Tovuzda nəvə nənəsinin evini yardı

Hadisə | 12:05 • 7 May 2018
Tovuzda nəvə nənəsinin evini yardı
Tovuz rayonunda oğurluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan 2 yeniyetmə saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar