İmişli Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin
qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri
həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər
məhkum olunmuş Akif Şirinovun yaşadığı evdən ümumi çəkisi 18, 570 qram
narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.