Xəzər Xəbər

Bakı metrosunda olay: Özünü relslərin üstünə atdı

Hadisə | 14:47 • 30 Aprel 2018
Bakı metrosunda olay:
Bakı metrosunda dostu ilə mübahisə edən gənc özünü relslərin üzərinə atıb.

"Bakı Metrpoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev XəzərXəbər-ə bildirib ki, hadisə bu gün saat 13:45 radələrində "Gənclik" stansiyasında baş verib.

"Bakı şəhər sakini Zülfüqarov Elvin Əli oğlu yanındakı dostu ilə mübahisə edib, özünü relslərin üstünə atıb. Stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları onu təcili çıxarıblar. Xəsarət almayıb".

Rubrikanın digər xəbərləri

Xəbər lenti