Bakıda yanğın hadisəsi qeydə alınıb.
XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, Bakı
şəhəri, Səbail rayonunda ümumi sahəsi 540 m² olan üçmərtəbəli 12 otaqlı
evin 2-ci mərtəbəsinin mətbəxində mətbəx mebeli 15 m² sahədə və məişət
avadanlıqları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.