Xəzər Xəbər

Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsinin qarşısı alınıb - FOTO

Hadisə | 11:36 • 28 Aprel 2018
Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsinin qarşısı alınıb -
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsənov Rahib Nüdrət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Ağcabədi rayon sakini Həsənov Samiq Nüdrət oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən çantasında olan "Coca-Cola” qabında spirtli maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar