Xəzər Xəbər

Heydər Əliyev prospektində yol qəzası tıxac yaratdı - FOTO

Hadisə | 14:06 • 26 Aprel 2018
Heydər Əliyev prospektində yol qəzası tıxac yaratdı -

Bakıda gündüz saatlarında yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, paytaxtın Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Xəbər lenti

Çox oxunanlar