Xəzər Xəbər

Lənkəranda maskalı şəxslər evə basqın edib

Hadisə | 12:24 • 26 Aprel 2018
Lənkəranda maskalı şəxslər evə basqın edib
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Boladi kənd sakini olan qadın gecə saatlarında yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin onunla rastlaşdıqda pul vermələrini tələb etdiyini, pulu olmadığına görə onların aradan çıxdıqlarını bildirib.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkldə şübhəli bilinən kənd sakinləri olan 3 yeniyetmə saxlanılıb.

​Araşdırmalar zamanı saxlanılanların ev sahibini bıçaqla hədələmələri də müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. ​

Xəbər lenti

Çox oxunanlar