Xəzər Xəbər

"WhatsApp"da göndərdiyi barmağının FOTOSU cinayətkarı ələ verdi

Hadisə | 17:01 • 17 Aprel 2018
"WhatsApp"da göndərdiyi barmağının

Cənubi Uels polisi axtarışda olan narkodileri "WhatsApp" sosial şəbəkəsində alıcıya göndərdiyi şəkil vasitəsilə müəyyənləşdirərək həbs edib.

Həmin foto Bricend dairəsində saxlanılan şəxsin smartfonunda aşkarlanıb.

Fotoda narkotiki ovcunda saxlayan narkodilerin barmağının yalnız bir hissəsi görünüb. Ekspertlər müəyyənləşdiriblər ki, bu barmağın sahibi əvvəllər həbs etdikləri şəxsə məxsusdur. Bununla da axtarışda olan narkotik alverçisi ifşa olunaarq saxlanılıb və ona qarşı 11 ittiham irəli sürülüb.

Qeyd edək ki, fitnes braslet, smart-səsgücləndirici və digər "ağıllı" cihazlar artıq polisin araşdırmalarında "lal şahid" kimi mühüm rol oynayır./lent.az

Xəbər lenti