Xəzər Xəbər

Bakıda 18 yaşlı gənc yoxa çıxıb

Hadisə | 10:07 • 17 Aprel 2018
Bakıda 18 yaşlı gənc yoxa çıxıb

Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb.


Bu barədə "Qafqazinfo”ya S. Novruzovun anası Reyhan Novruzova məlumat verib. O qeyd edib ki, aprelin 11-i səhər saat 10-un yarısında oğlu evdən çıxıb: "Həmin gün ərzində oğlumun telefonuna zəng çatsa da, sonradan telefonu söndürülüb. Restoranda ofisiant işləyirdi, amma işdən çıxmışdı.


O, 2000- c il təvəllüdlüdür. Dünən Qobustan qəsəbəsi 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişik. Hələ ki xəbər yoxdur. Onun yolunu gözləyirik. Atası da xəstədir. "Tez-tez Samir hardadır” soruşur və halı pisləşir”.


Qeyd edək ki, S. Novruzovu görənlərdən 0503885586 nömrəsinə zəng etmələri xahiş olunur.

Xəbər lenti