Xəzər Xəbər

Ötən il törədilən qətlin üstü açıldı

Hadisə | 12:53 • 9 Aprel 2018
Ötən il törədilən qətlin üstü açıldı
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib.

K.Məhərrəmovun meyiti eksqumasiya edilib.

Xəbər lenti

Çox oxunanlar