Daxili işlər orqanları
tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək
götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə
əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, aprelin 8-də əldə edilmiş məlumatlar əsasında bu
istiqamətdə həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri
nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin
əməkdaşları Bakı
şəhər sakini Mikayıl Qafarovdan 1 ədəd pnevmatik tapança, 4 ədəd patron
və 1 ədəd patron darağı, 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran
qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyevin evindən 1
ədəd nömrəsi silinmiş yivli odlu silah, süngülü karabin kəsiyi (obrez), 1
ədəd pnevmatik tapança, 2 ədəd "F-1” qumbarası, avtomata məxsus süngü
bıçaq və 65 ədəd müxtəlif çaplı patron, Astara
Rayon Polis Şöbəsinin əməkdaşları Ağ körpü kənd sakini İsfəndiyar
Hüseynovun yaşadığı evdən 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edərək
götürüblər.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.