Xəzər Xəbər

Gömrükdən “beşbarmaq” keçirmək istədi

Hadisə | 11:17 • 7 Aprel 2018
Gömrükdən “beşbarmaq” keçirmək istədi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.


XəzərXəbər Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb. Malların yoxlanılması zamanı, vətəndaşın çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar