Xəzər Xəbər

Moskvada ticarət mərkəzi yanıb

Hadisə | 15:01 • 4 Aprel 2018
Moskvada ticarət mərkəzi yanıb

Moskvanın şərqində yerləşən "Uşaqlar üçün Persey” ticarət mərkəzində yanğın baş verib.


AZƏRTAC RF Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanğın Moskva vaxtı ilə saat 12.30-da Malaya Semyonovskaya, ev 28 ünvanında yerləşən ticarət mərkəzinin dördüncü mərtəbəsində başlayıb.


Ticarət mərkəzinə gələnlər və personal da daxil olmaqla, ümumilikdə 300-ə yaxın insan təxliyə edilib.


Son məlumata görə yanğın söndürülüb. İki nəfərin zərər çəkdiyi bildirilir.

Xəbər lenti

Çox oxunanlar