Xəzər Xəbər

Bakıda avtomobil quyuya düşüb - yol nişanı yoxuymuş - FOTO

Hadisə | 11:32 • 4 Aprel 2018
Bakıda avtomobil quyuya düşüb -

Bakıda avtomobil yol nişanı olmayan quyuya düşüb.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, "Azsamand" markalı, "90-PE-640" qeydiyyat nişanlı avtomobil sağa dönmə əməliyyatı edərkən heç bir yol nişanının olmadığı, boru çəkilməsi üçün nəzərdə tutulan, yeni qazılmış quyuya düşüb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidləri "Report"a bildiriblər ki, ərazidə quyunun olması barədə heç bir yol nişanı qoyulmayıb.

Xəbər lenti