Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Hadisə | 09:05 • 2 Aprel 2018
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 37-i "isti izlər”lə açılıb.

DİN mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 44 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Xəbər lenti