Xəzər Xəbər

Hacıqabul və İmişlidə ev yanıb

Hadisə | 09:36 • 28 Mart 2018
Hacıqabul və İmişlidə ev yanıb
Hacıqabul rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.


XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İmişli rayonu, Şahverdi kəndində ümumi sahəsi 28 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti