Xəzər Xəbər

Goranboyda ağır qəza: avtobus...

Hadisə | 13:40 • 20 Mart 2018
Goranboyda ağır qəza:

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

XəzərXəbər-in "Report"a istinadən verdiyi məlumata görə, qəza Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.

Belə ki, magistralın Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində ər-arvad yolu keçmək istəyirlərmiş. Bu zaman Bakıdan Gədəbəy rayonuna doğru hərəkət edən sərnişin avtobusu kişini vurub. Hələlik şəxsiyyəti məlum olmayan piyada hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar