Xəzər Xəbər

44 yaşlı erməni ABŞ-da cinayət törətdi, dərhal tutuldu

Hadisə | 10:19 • 16 Mart 2018
44 yaşlı erməni ABŞ-da cinayət törətdi, dərhal tutuldu
Kaliforniyada qadını avtomobillə vuran və hadisə yerindən qaçan erməni saxlanılıb.


Hadisə ötən gecə baş verib. Qlendeyl şəhər polisinin yaydığı məlumata görə, 61 yaşlı qadın küçədə hərəkət edərkən qara rəngli avtomobil onu vurub. Sürücü hadisə yerində dayanmayaraq ərazini tərk edib.

"Chevrolet Equinox” markalı avtomobil hadisə yerindən bir qədər kənarda tapılıb. Onun sahibi 44 yaşlı Vano Astvatsatryan olub. O, dərhal həbs olunub və ona qarşı ittiham irəli sürülüb. Qəzada yaralanan xanıma tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur./azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti