Xəzər Xəbər

Şantaj yolu ilə qadından 5140 manat və 4000 dollar alan şəxs yaxalandı

Hadisə | 12:01 • 12 Mart 2018
Şantaj yolu ilə qadından 5140 manat və 4000 dollar alan şəxs yaxalandı

Bakıda qadını şantaj edən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin mart ayından cari il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti