Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Hadisə | 09:28 • 5 Mart 2018
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Ötən iki gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 177 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar