Xəzər Xəbər

Bakıda ağır qəza - Maşın Təhlükəsiz Şəhər Kamerasına çırpıldı - VİDEO

Hadisə | 12:50 • 1 Mart 2018
Bakıda ağır qəza -

Səhər saatlarında Balaxanı yolunda iki minik maşını toqquşub. Qəza nəticəsində yolun kənarındakı təhlükəsiz şəhər kamerası dirəyi ilə birlikdə qırılaraq yerə düşüb.

Görüntünü "Xəzər Xəbər"in votsap nömrəsinə ərazidən keçən sürücülərdən biri göndərib. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə yol polisi və təcili tibbi yardım maşını gəlib. Xəsarət alan şəxslər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.

Xezerxeber.az hadisənin görüntüsünü təqdim edir:



Xəbər lenti

Çox oxunanlar