Xəzər Xəbər

İtkin düşmüş Ramella Bayramova axtarılır - VİDEO

Hadisə | 12:12 • 2 Fevral 2018
İtkin düşmüş Ramella Bayramova axtarılır -

Salyan rayonunun Şorsulu kənd sakini, 1979-cu il təvəllüdlü Ramella Bayramova 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: boyu 157 santimetr, arıq bədən quruluşlu, nazik uzunsov qarayanız sifətli, qara qısa saçlı,gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə 021-255-51-83 şəhər, (050) 296-96-80 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar