Xəzər Xəbər

Ev yandı: 3-ü uşaq olmaqla 5 nəfər yanaraq öldü

Hadisə | 12:07 • 27 Yanvar 2018
Ev yandı: 3-ü uşaq olmaqla 5 nəfər yanaraq öldü

Rusiyanın Perm diyarında fərdi evdə güclü yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "İnterfaks” agentliyinə region üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Hadisə yanvarın 27-ə keçən gecə İlyinsk qəsəbəsində qeydə alınıb.

Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar