Xəzər Xəbər

Bakıda yanğın: azyaşlı qız ölüb, bir nəfər xəsarət alıb

Hadisə | 16:06 • 22 Yanvar 2018
Bakıda yanğın:

Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2olan bitişik tikili yanıb.

Xezerxeber.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Çox oxunanlar