Xəzər Xəbər

Biləcəridə faciə: 3 yaşlı uşaq evdə yanaraq öldü

Hadisə | 13:39 • 22 Yanvar 2018
Biləcəridə faciə:

Bakının Binəqədi rayonu ərazisində yerləşən Biləcəri qəsəbəsində yanğın hadisə qeydə alınıb.

XəzərXəbər-in verdiyi məlumata görə, Dəmiryolu vağzalına yaxın ərazidə yerləşən evdə baş verən yanğın bir azyaşlının həyatına son qoyub.

Məlumata görə, yanğın zamanı evə daxil olan valideyn övladlarından birini xilas edə bilsə də, digəri evdə yanaraq dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.




Xəbər lenti