Xəzər Xəbər

Gəncə sakini qohumunu soydu

Hadisə | 13:52 • 18 Yanvar 2018
Gəncə sakini qohumunu soydu

Yanvarın 10-da Gəncə şəhər sakini olan qadın qızıl boyunbağısının boynundan qoparılıb aparılması barədə Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla əlaqədar cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Nağıyev olması müəyyən edilib. Saxlanılan şəxsin həmçinin zərərçəkmişin qohumu olması da məlum olub.

Xəbər lenti