Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, daha sonra zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə, onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.