Bakı Şəhər Baş Polis
İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Xırdalan şəhər
sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırmalarla qadının "Samsung Galaxy S6”
markalı telefonunun metronun "Elmlər Akademiyası” stansiyasında qatara
minərkən gödəkçəsinin cibindən oğurlanması məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Əməliyyat-axtarış
tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğun 3 nəfər
tərəfindən törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli
bilinən şəxslər saxlanılıblar.
Araşdırmalarla onların Elnur Hüseynov, əvvəllər məhkum olunmuşlar Emil Məmmədov və Əli Həsənov
olduqları məlum olub. Saxlanılanlar bu əməli narkotikin təsiri altında
etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf ediblər.
Davam
etdirilən əməliyyat tədbirləri ilə onların narkotik vasitəni əldə
etdikləri mənbə də qısa zamanda müəyyən edilib və narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı
şəhər sakini Zaur Əzizov da Metropolitendə Polis Şöbəsinin əməkdaşları
tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 10 bükümdə narkotik
vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan
şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Onların
digər cinayətlərdə iştirakının olub-olmaması da araşdırılır.