Xəzər Xəbər

Türkiyədə İran avtobusu aşdı: 18 yaralı

Hadisə | 11:14 • 2 Yanvar 2018
Türkiyədə İran avtobusu aşdı:
Türkiyənin Ərzurum-Ərzincan avtomobil yolunda İran dövlət nömrə nişanlı sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər yaralanıb. Avtobus yuvarlanaraq yoldan kənara düşüb.

XəzərXəbər xəbər verir ki, Aşqala-İspir dörd yol ayrıcında baş verən qəzaya səbəb yolun sürüşkən olmasıdır. Yaralılar xəstəxanalara yerləşdirilib. (Azərtac)

Xəbər lenti