Xəzər Xəbər

Bakıda mağazadan içi pulla dolu seyf oğurlanıb

Hadisə | 15:34 • 30 Dekabr 2017
Bakıda mağazadan içi pulla dolu seyf oğurlanıb

Bakının Nəsimi rayonunda seyf oğurlamış şəxs tutulub.

Xezerxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və içərisində 3000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Səməd Yusifov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun cari il iyunun 6-dan noyabrın 8-dək olan müddətdə rayon ərazisində 1 gözəllik salonundan, 1 tədris mərkəzindən və daha 1 mağazadan pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər lenti