Xəzər Xəbər

Bakıda yük maşını qəza törətdi

Hadisə | 15:04 • 30 Dekabr 2017
Bakıda yük maşını qəza törətdi

Bakıda iki avtomobil toqquşub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Salyan şosesində baş verib. Həmin yolda hərəkətdə olan "İsuzu" markalı yük maşını idarəetməni itirərək qarşı tərəflə hərəkət edən "Chevrolet" markalı avtomobilin yoluna çıxıb. Nəticədə "İsuzu" markalı maşın aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazidə bir müddət tıxac müşahidə olunub. Hadisə yerinə yol polisləri cəlb edilib və yaranmış tıxac aradan qaldırılıb.

Xəbər lenti